Şrift:
UEFA Çempionlar Liqası: “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək
18.10.2017 [11:05] - İdman
Futbol üzrə UEFA Çempionlar Liqasının “C” qrupu çərçivəsində Ağdamın “Qarabağ” komandası bu gün növbəti oyununu keçirəcək.

Qrup mərhələsinin üçüncü turunda Ağdam təmsilçisi “Atletiko Madrid”i qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu fransalı baş hakim

Ruddi Buquet idarə edəcək. Ona həmyerliləri Guillaume Debart və Frederik Cano kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertrand Jouannaud yerinə yetirəcək. Matçın əlavə köməkçi hakimləri isə Amauri Delerue və François Letexierdir.

Qrupun digər oyununda isə “Çelsi” doğma meydanda “Roma”nı qəbul edəcək.

“Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub.

Hesabında 6 xal olan “Çelsi” qrupda birinci pillədə qərarlaşıb. “Roma” 4 xalla ikinci, “Atletiko Madrid” 1 xalla üçüncü, hesabında xal olmayan “Qarabağ” isə sonuncudur.
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed