Şrift:
Zəncan kəndləri əhalidən boşalır, onlar mərkəzi şəhərlərə köçür
18.10.2017 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejimin ayrı-seçkilik siyasətinə məruz qalan Güney Azərbaycan kəndlərinin əhalisi iqtisadi problemlərdən dolayı doğma vətənlərini tərk edərək ölkənin mərkəzi şəhərlərinə üz tuturlar.

Bu barədə danışan Zəncan Valiliyinin Abadlaşdırma Bölümünün rəis müavini Cavad Rəhməti təmsil etdiyi əyalətdə kənd əhalisinin sayının azaldığını deyib.

“Kənd əhalisi şəhərlərə köçür və bu səbəbdən kəndlərdə yaşayan əhalinin sayı azalır. Əksər kəndlərdə su qıtlığı var, elə əhalinin köçmə səbəblərindən biri də bu məsələ ilə bağlıdır”- deyə o bildirib.

C.Rəhməti bəyan edib ki, “Zəncan Əyalətində əhalinin 35 faizini, yəni üçdə birini kənd əhalisi təşkil edir, onların məşğulluq məsələsinə diqqət yetirilməlidir.”

“Artıq kəndlərdə su qıtlığı bir təhdidə çevrilib. Əhali hətta təmiz içməli su əldə etmək üçün də çətinliyə düşür. Bu vəziyyətdə əkinçiliyə üstünlük vermək düzgün deyil. Halbuki, kənd əhalisinin əksəriyyəti əkinçilik, heyvandarlıq və bu sahələrlə bağlı olan işlərlə məşğul olurlar.”

İran İslam Cümhuriyyəti qəsdən əhalinin fars bölgələrinə köçməsi üçün şərait yaradır. İş tapmaq məqsədi ilə mərkəzi şəhərlərə köçən azərbaycanlılar həmin şəhərlərin ətrafında yoxsul yaşayış məntəqələrinə məskunlaşır. Onların əksəriyyəti fars şovinizmi tərəfindən tətbiq olunan asimilasyon siyasətinə məruz qalır və gələcək nəsilləri ümumiyyətlə farslaşır. Güney Azərbaycanın qərb bölgəsindən mərkəzi şəhərlərə mühacirət edən soydaşlarımızın kəndləri isə, əksər hallarda radikal kürdlər tərəfindən məqsədyönlü şəkildə ələ keçirilir.

N.S
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed