Şrift:
Fərəc Quliyev Müstəqillik Günü münasibətiylə Azərbaycan xalqını təbrik edir
18.10.2017 [12:26] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən biri olan və Ali Sovetdə həmin Aktın leyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olan, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev “18 Oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibətiylə Azərbaycan xalqını təbrik edir:
“Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26 ili tamam olur. Böyük bir xalq mübarizəsinin nəticəsində əldə edilmiş bu zəfər münasibətiylə Azərbaycan xalqını şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm.
Müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvətidir. Xalqımızın bu sərvəti əbədi qoruyacağından əminliyimizi ifadə edirik.
Eyni zamanda Vətənimizin bir hissəsində qazanılmış azadlığın Bütöv Azərbaycanı əhatə etməsi üçün xalqımıza daha böyük əzm və iradə arzulayıram.”
Bu xəbər oxucular tərəfindən 1429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed