Şrift:
Urmu gölü bu dəfə “tarix” dərsliklərindən silindi
19.10.2017 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, bir müddət öncə məktəblərdə 5-ci sinifin dərsliklərində əks olunan İran xəritəsində Urmu gölünün təsviri silinmişdir.

Bu dəfə isə təmami ilə qurumaq üzrə olan Urmu gölünün “Tarix” dərsliklərindən silindiyi barədə xəbər yayılıb.

Sosial şəbəkələrdə yayılan təsvirlərdə Urmu gölünün “Tarix” dərsliyindən (Dəbiristanının ikinci sinif dərsliyindən) silindiyi görünür. Bu o halda baş verir ki, Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmiləri gölün 90 faiz quruduğunu etiraf edir, Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur isə gölün 97 faiz quruduğunu bildirir. Belə bir vəziyyətdə dövlət gölü bərpa etmək yerinə onu insanlara unutdurmaq və gələcək nəsillər üçün izini silməyə çalışır.
Bundan öncə İranda Sənədlərin Qeydiyyatı İdarəsinin mülkiyyətlə bağlı sənədlərinin fonundakı təsvirdə Urmu gölünün təsviri ləğv olunmuşdur.

Mövzu ilə bağlı Nadir Qazipur ötən ay İranın Təhsil naziri Seyid Məhəmməd Bəthayiyə məktub ünvanlamışdır.

Millət vəkilinin məktubunda bu ifadələrə yer verilib:
“Avstraliya kimi ölkələrdə, insanların xətaları nəticəsində təbiətə vurulan zərərləri uşaqlara göstərmək məqsədilə Urmu Gölünün quruması mövzusu dərsliklərə daxil edilərkən, təəssüf ki, Təhsil Nazirliyinin məsulları Urmu Gölünü dərsliklərdən silirlər. Məsulların Urmu Gölünün canlandırılmasına dair vədləri yerinə yetirilməzkən, indi gölün şəkili də dərsliklərdən silinib.”
Millət vəkili bu barədə Təhsil nazirindən “inandırıcı açıqlama” gözlədiyini qeyd etmişdir.

N.S
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed