Şrift:
“Traxtur”-“Peykan” görüşünün son nəticəsi
20.10.2017 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünən Təbrizin “Traxtur” futbol komandası Tehranın “Peykan” komandasının qonağı olub.

İran üzrə futbol klublarının super liqa yarışlarınınm 10-cu həftəsində keçirilən görüş Tehranın Qüds stadionunda baş tutub, yerli vaxtla saat 15:45-də başlayan oyun 2:1 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

Qapıçı Fərzin Qrusyan 15-ci dəqiqədə bir yalnış nəticəsində öz komandası “Traxtur”a qol vuraraq hesabı açıb. Əmir Nəsr Azadani isə 64-cü dəqiqədə hesabı bərabərləşdirib. “Peykan”a qələbə qazandıran qol isə 90-cı dəqiqədə Əmir Rustayi tərəfindən vurulub.

Bu nəticədən sonra “Peykan” 20 xalla (imtiyaz) müvəqqəti olaraq turnir cədvəlinin 1-ci, “Traxtur” isə 11 xalla cədvəlin 9-cu pilləsində qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed