Şrift:
Leonardo da Vinçinin ən bahalı rəsm əsərindəki qeyri-adi kürənin sirri açılıb
20.10.2017 [12:02] - Gündəm, Mədəniyyət
Amerikalı jurnalist Uolter Ayzekson Leonardo da Vinçinin həyatına həsr etdiyi əsərində dahi rəssamın “Dünyanın xilaskarı” rəsmində Məsihin əlində tutduğu şəffaf kürənin təyinatını tapıb.

“Dünyanın xilaskarı” rəsmi da Vinçinin şəxsi kolleksiyada saxlanılan yeganə əsəridir. Noyabr ayında rəsm “Christie’s” satış evində hərraca çıxarılacaq. Onun qiyməti 100 milyon dollardan başlayacaq ki, bu da onu rəssamın ən bahalı əsəri edəcək.

“Kürə və ya obyektiv şəklində olan sərt şüşə və ya kristal böyüdülən, tərsə çevrilən və əks görüntü yaradır. Lakin bunun yerinə Leonardo da Vinçi kürəni daxilindən keçən işıq şüasını sındırmayan və təhrif etməyən içiboş şüşə şar kimi təsvir edib”, - deyə Ayzekson yazıb.

Onun sözlərinə görə, əgər da Vinçi şüşənin əmələ gətirdiyi təhrifləri dəqiq təsvir etsəydi, əlin kürənin arxa hissəsində görünən hissəsi kiçildilmiş və ya böyüdülmüş görünəcəkdi. Jurnalistin fikrincə bu, çox qəribə səslənir, çünki rəssam “optika və işıq şüası sahəsinə həddən artıq maraq göstərib”.

“Ola bilsin da Vinçi bu şəkildə Məsihə və onun kürəsinə möcüzəli xüsusiyyətlər verməyə çalışıb”, - deyə Ayzekson düşünür.

Uzun illər hesab olunurdu ki, bu rəsm əsəri dahi rəssamın şagirdlərinin biri tərəfindən çəkilib. Lakin 2013-cü ildə aparılan analiz əsərin da Vinçiyə məxsus olduğunu sübut edib.
Bu xəbər oxucular tərəfindən 132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed