Şrift:
Mayk Pompeo: “Sepah”a qarşı təzyiqi gücləndirməklə İranın təxribat xarakterli əməllərinə mane olacağıq”
21.10.2017 [09:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo oktyabrın 19-da Vaşinqtonda keçirilən Demokratiları Müdafiə Fondunun toplantısında çıxış edərək İranın bölgədə yürütdüyü dağıdıcı siyasətindən və “Sepah”a qarşı təzyiqlərin daha da artacağından danışıb.

Öz çıxışında ABŞ prezidenti Donald Trampın nüvə sazişinə qarşı çıxmasına toxunan Pompeo bildirib ki, İran İslam Respublikası Orta Şərq regionunda əsas təhdid mərkəzidir: “Vaşinqton “Sepah”a və onun “Qüds” qanadına qarşı təzyiqi gücləndirməklə İranın bölgədəki dağıdıcı və təxribat xarakterli əməllərinin qarşısını almaq niyyətindədir. Daha doğrusu, Amerika prezidenti İranın heç vaxt nüvə silahı istehsal etmək gücünə yiyələnməyəcəyindən əmin olmaq istəyir.

Əldə edilmiş nüvə sazişi, İranın atom təsisatlarına baxış keçirilməsi baxımından bizim imkanlar və mövqeyimizi gücləndirib. Lakin buna baxmayaraq İranın bir sıra hallarda rəftarı onu göstərir ki, bu ölkə özünün gizli yollarla apardığı nüvə və raket proqramı ilə bizi təhlükəyə məruz qoymaq niyyətindədir. Elə buna görə də, İranın nüvə silahına yiyələnməsinə və ya onu istehsal edə bilməsinə aparan bütün yolların bağlı olmasından əmin olmaq istəyirik”.
Bu xəbər oxucular tərəfindən 129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed