Şrift:
Qoşaçayda 100 mindən çox velosipedçi arasında yarış keçirilib
21.10.2017 [10:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qoşaçay şəhərində 100 mindən çox velosipedçinin qatılımı ilə velosiped yarışı keçirilib.

Oktyabrın 20-də səhər saatlarında başlayan yarış yerli əhalinin böyük rəğbətinə səbəb olub. Əhalinin müxtəlif təbəqələrindən olan velosipedçilər yarışa çeşitli velosiped növləri ilə qatılıblar.

Qoşaçayda keçirilən yarışda velosipedçilər Cahadgərlər küçəsindən “Güllər Bulağı” parkınadək pedal çeviriblər.

Yarış zamanı şəhərin sağlam və təmiz havasını qoruyub saxlamaq üçün velosipeddən istifadə etməyə təkid edilib, yarış iştirakçıları Qoşaçayı “Velosiped şəhəri” adına layiq görüblər.

Yarışın sonunda iştirakçılara bir “Prayd” markalı minik avtomobili, bir neçə velosiped və diger hədiyyələr püşkatma ilə təqdim olunub.

Yarış İranın 3-cü telekanalından canlı olaraq yayımlanıb.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed