Şrift:
Binabda 10 min nəfər arasında velosiped yarışı keçirilib - GÖRÜNTÜ
21.10.2017 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycanın Binab şəhərində Bədən Tərbiyəsi və İdman Həftəsi münasibəti ilə möhtəşəm velosiped yarışı keçirilib.

Yarışa 10 mindən çox velosipedçi qatılıb.

“Ölkənin Velosiped Şəhəri” 19-cu Velosiped Yarışı adı ilə keçirilən yarışda iştirakçılar özlərinə aid olan müxtəlif velosiped növlərindən istifadə ediblər. Yarışa qatılanlar arasında 4 yaşlı uşaqdan tutmuş 80 yaşına qədər kişilərə rast gəlinib.

Yarışın internetdə yayılan görüntülərində bozqurd işarəsi və türkcə yazılmış bannerlər gözə dəyir.

Yarışla bağlı keçirilən mərasimə İran Velosiped İdmanı Federasiyasının rəisi, Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi, Binab Şəhər İcra Hakimiyyətinin başçısı, yerli məsullar və şəhər əhalisi qatılıb.

Mərasimdə Binab Şəhər İcra Hakimiyyəti başçısı Vəliolla Fərəcullahi geniş çıxış edib.

Urmiyədə isə Bədən Tərbiyəsi və İdman Həftəsi piyada yürüyüş və at paradı şəklində qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed