Şrift:
“Buta Airways” Mineralnıye Vodı şəhərinə olan reysə bütün yerləri 29 avroya satır
21.10.2017 [10:47] - Gündəm, Bildiriş
“Buta Airways” aviaşirkəti Mineralnıye Vodı şəhərinə olan reysə bütün yerləri 29 avroya satır.

Aviaşirkət xəbər verir ki, oktyabrın 24-də Bakıdan Rusiyanın Mineralnıye Vodı şəhərinə olan reysə bütün yerlər 29 avroya başa gələcək.

Qeyd edək ki, “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və sentyabrın 1-dən uçuşlarına start verib.
Bu xəbər oxucular tərəfindən 119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed