Şrift:
“Sepah”ın daha 2 muzdlusu Suriyada həlak olub
21.10.2017 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun “Sepah”ın daha 2 muzdlusu Suriyada gedən döyüşlərdə həlak olub. Öldürülən “Sepah”çılardan biri İran, digəri isə Əfqanıstan vətəndaşıdır.

Bəşər Əsəd rejiminə yardım və dəstək məqsədilə iki həftə əvvəl İranın İsfahan şəhərindən Suriyaya göndərilmiş “Sepah”ın 40 yaşlı iranlı muzdlusu Hüseyn Ağadadi bu ölkənin “Deyr əl zur” bölgəsində müxalif qüvvələrlə baş verən qarşıdurmada həlak olub. Onun cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

Həmçinin “Sepah”ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvü Musa Həsəni, bir neçə gün əvvəl bu ölkədə Əsəd rejiminə müxalif qüvvələr tərəfindən öldürülüb. Onun həlak olduğu bölgənin adı açıqlanmayıb. Cənazəsi ölkəyə gətirilən “Sepah”çı, oktyabrın 20-də İranın Melard şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb hərəminin müdafiəçiləri” adlandırır.

İran hökuməti Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed