Şrift:
“Sepah”ın daha 1 iranlı muzdlusu Suriyada həlak olub
23.10.2017 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun “Sepah”ın daha i iranlı muzdlusu Mustafa Nəbilu Suriyada həlak olub.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl İranın Qum şəhərinin Pərdisan məntəqəsindən Suriyaya göndərilmiş “Sepah”çı, oktyabrın 21-də bu ölkənin Laziqiyyə bölgəsində müxaliflərlə baş verən döyüşlərdə həlak olub. Onun cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcək torpağa tapşırılacağı bildirilir.

Qeyd edək ki, İran hökuməti, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb hərəminin müdafiəçiləri” adlandırır.

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed