Şrift:
Benzin qadağan edilir - RƏSMİ SƏNƏD İMZALANDI
24.10.2017 [11:12] - Gündəm, Sosial
Dünyanın 12 böyük şəhəri - toplam olaraq demək olar ki, 80 milyon insanın yaşadğı meqapolislər, artıq 2030-cu ilə qədər mədən yanacağından istifadəni tamamilə qadağan edəcək.
Bu haqda bəyannaməni meqapolislərin rəhbərlikləri 23 oktyabrda imzaladı.
Ekoloji vəziyyətin onları narahat etdiyi şəhərlər bunlardır: London (Böyük Britaniya), Paris (Fransa), Los-Anceles (ABŞ), Keyptaun (CAR), Kopenhagen (Danimarka), Barselona (İspaniya), Kito (Ekvador), Vankuver (Kanada), Mexiko (Meksika), Milan (İtaliya), Siyetl (ABŞ) və Oklend (Yeni Zelandiya).
Dünən imzalanmış sənəddə qeyd edilir ki, imza atan şəhərlərin hakimiyyətləri 2025-ci ilə qədər şəhərdaxili avtobusları ekoloji baxımdan ən alilərilə dəyişəcək, artıq 2030-cu ilə qədər isə meqapolislərin əsas rayonlarında benzin nəqliyyatını tamamilə qadağan edəcək.
Güman edilir ki, adi avtomobilləri elektroavtomobillər və velosipedlər əvəzləyəcək.
Zaur H.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed