Şrift:
“Folklor və dövlətçilik düşüncəsi” kitabının ikinci cildi çapdan çıxıb
25.10.2017 [10:50] - Kitab evi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə “Türk xalqlarında dövlət, simvol, etiket, mərasim və bayramların folklor baxımından genezisi” elmi-tədqiqat proqramı çərçivəsində “Folklor və dövlətçilik düşüncəsi” kitabının ikinci cildi “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Akademiyadan bildiriblər ki, layihənin rəhbəri AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovdur.

Kitabda “Qədim türk mifoloji-folklor irsinin araşdırılmasında və təbliğində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu”, “Heydər Əliyev siyasi kursu və folklorda yaşayan dəyərlərimiz”, “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığı: nəzəri-metodoloji axtarışlar və tədqiqat istiqamətləri”, “Azərbaycan mühacirət folklorşünaslığı çağdaş elmi-nəzəri fikir kontekstində”, “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığında Cənubi Azərbaycan folkloru məsələləri”, “Folklorla bağlı qanunvericilik”, “Oğuznamədə “üçox” və onun arxaik semantikası” və digər mövzularda yazılar yer alıb.

Nəşrdə türk dövlətçilik düşüncəsi üçün xarakterik olan simvolların folklor materialları əsasında tədqiqi, milli etiket, mərasim və bayramların etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi rekonstruksiyası diqqətçəkən məsələlərdir.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed