Şrift:
Turan Strateji Araşdırmalar Mərkəzinin saytında MDHP xəbərləri
02.06.2012 [13:42] - Gündəm, Siyasət
May ayının 12-13-də Ankarada keçirilmiş “Uluslararası Güney Azərbaycan türkləri forumu”nun nəticəsində təşkilatları öz ətrafında birləşdirən konsey yaradılmışdı. Güney Azərbaycanın səsini dünyaya çatdırmağı hədəfləyən konsey ilk işinə Quzey Azərbaycanda müxtəlif təşkilat, partiya, mətbuat orqanları görüşlərin keçirilməsi ilə start verib. Bu gün konseyin sözçüsü Cəmal Mehmetxanoğlu, İdarə Heyəti üzvlərindən Zəlimxan Məmmədli, Aynur İmranova, Mərdan Seyidbəyli, Yasəmən Qaraqoyunlu və Hakim Sadiqov Milli Dirçəliş Hərəkatı Partiyasında olublar. Qonaqları salamlayan partiyanın gənclər təşkilatının sədri Seymur Həsənli ilk partiya olaraq MDHP-ni ziyarət etdiklərinə görə onlara öz təşəkkürünü bildirib. O qeyd edib ki, forum və konseylə bağlı ilk fikirlər səslənəndə bir çoxları onun belə yüksək səviyyədə gerçəkləşəcəyinə inanmırdı. Söz alan konseyin sözçüsü və yaranma təşəbbüsünü irəli sürən Cəmal Mehmetxanoğlu konsey təklifi səslənən gündən MDHP-nin onu dəstəklədiyini və partiya sədri, millət vəkili Fərəc Quliyevin konsey quruculuğunda birbaşa iştirakını xüsusi olaraq qeyd etdi.

Görüşdə MDHP sədrinin ideoloji və siyasi məsələlər üzrə müavini Tahir Seyidov, Güney Azərbaycan departamentinin rəhbəri və konseyin üzvü Əlirza Amanbəyli, Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyli, Azərbaycan-Kıprıs Türk Cəmiyyətinin həmsədri Mehmet Akçay, Türküstan qəzetinin baş redaktoru Aqil Camal da iştirak edib.

Görüşdə Konseyin Güney Azərbaycanla bağlı fəaliyyət proqramı müzakirə olunmuş, Azərbaycanın müxtəlif problemləri üzərində fikir mübadiləsi aparılmışdır.
Bu xəbər oxucular tərəfindən 1662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed