Şrift:
Əfqanıstanda güc strukturları bir sutkada 95 silahlını öldürüb
27.10.2017 [13:39] - Gündəm, Hadisə
Güc strukturları bir sutka ərzində Əfqanıstanın müxtəlif regionlarında azı 95 “Taliban” silahlısının öldürüldüyünü iddia edir.

Hərbi əməliyyatlar ölkənin 12 vilayətində aviasiya və artilleriyanın dəstəyi ilə həyata keçirilir.

Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına əsasən, Loqar vilayətində 27, Zəbulda 21, Paktiyada 18, Qəzni, Hilmənd və Fəryab əyalətində isə 29 “Taliban” silahlısı öldürülüb.

Ölkənin güc strukturlarının itkiləri barədə heç bir məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed