Şrift:
İncəsənət məktəbinin şagirdləri beynəlxalq müsabiqədə iştirak ediblər
28.10.2017 [10:02] - Gündəm, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri Azərbaycanı beynəlxalq müsabiqədə uğurula təmsil ediblər.

Finlandiyanın Hyuvinka şəhərində uşaq və gənclər arasında keçirilən “Together” 16-cı Beynəlxalq İncəsənət müsabiqə-sərgisində məktəbin rəssamlıq şöbəsinin II sinif şagirdləri (müəllim Elmar Ağamirzə) Emil Abdullayev “Qara qızılın nəğməsi” və Mikayıl Məmmədzadə “Mənim asudə vaxtım” adlı rəsm əsərləri ilə diploma layiq görülüblər. Müsabiqədə qalib gələn əl işləri 2018-ci ilin yanvar ayının sonunadək Finlandiya Respublikasının müxtəlif rəsm salonlarında sərgilənəcək.

Qeyd edək ki, müsabiqə-sərgidə dünyanın 66 ölkəsindən 6800 iş nümayış olunub. Müsabiqə-sərgi uşaqların mədəniyyət və incəsənət təhsilinin inkişaf etdirilməsi ilə yanaşı onların multikultural dünyada bərabərliyini dəstəkləmək məqsədini daşıyır.
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed