Şrift:
“Traxtur” Şiraz təmsilçisini şumladı
28.10.2017 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə bu şəhərin “Traxtur” futbol komandası ilə Şirazın “Fəcr-i Sepasi” takımı arasında keçirilən görüş ev sahibinin kəskin qələbəsi ilə yekunlaşıb.

İran kuboku uğrunda yarışların 1/8 final mərhələsində keçirilən görüş Təbrizin səhənd stadionunda yerli vaxtla saat 17:00-da başlayıb, oyun 5:2 hesabı ilə “Traxtur”un xeyirinə sona çatıb.

“Fəcr-i Sepasi”nin oyunçusu Əmin Şocaiyan oyunun 32-ci dəqiqəsində hesabı açıb, 71-ci dəqiqədə isə Mehdi Şərifi hesabı bərabərləşdirib. 5 dəqiqə sonra Hamid Heydəri qol vuraraq “Fəcri-Sepasi”ni hesabda önə keçirib, lakin 90-cı dəqiqədə Mehdi Şərifi hesabı yenidən bərabərləşdirib. “Traxtur”a qələbə qazandıran qollar əlavə vaxtda 92-ci dəqiqədə Fərzad Hatəmi, 105 və 116-cı dəqiqələrdə Mehdi Şərifi tərəfindən vurulub.

Bu qələbədən sonra Yəhya Gülməhəmmədinin yetirmələri İran kubokunun ¼ final mərhələsinə vəsiqə qazanıblar.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed