Şrift:
"Eurovision - 2018"in bütün iştirakçı ölkələri məlum olub
30.10.2017 [10:14] - Gündəm, Mədəniyyət
Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək "Eurovision - 2018" mahnı müsabiqəsində 43 ölkənin təmsilçisi iştirak edəcək.
Beynəlxalq müsabiqədə iştirakını təsdiq etmiş ölkələr bunlardır: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.
Həmçinin böyük beşlik ölkələri - İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə "Eurovision"un qalibi olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.
Bu il Ukraynada keçirilən mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed