Şrift:
Türkiyə KİV-ləri: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi hadisədir
31.10.2017 [11:52] - Gündəm, Türk dünyası-Turan
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin nüfuzlu TRT HABER kanalı Bakı-Tbilisi-Qars dəmir yolu barədə bir neçə gündür yaydığı reportajları açılış mərasimindən sonra daha da genişləndirib. Ölkə televiziyalarının bir neçəsi açılış mərasimini canlı olaraq tamaşaçılara çatdırıb.

Anadolu Agentliyi bir gün ərzində mövzu ətrafında ondan çox məlumat yayıb. Ölkənin ən nüfuzlu qəzetlərindən olan “Hürriyyət” bu barədə “Tarixi an”, “Aydınlıq” “Strateji Bakı-Tbilisi-Qars dəmir yolu açıldı”, “Yeni çağ” “Əsrin layihəsi belə açıldı”, “Milliyyət” isə “Tarixi gün! Əsrin layihəsi açıldı” adlı məqalələri manşet məlumatları kimi təqdim ediblər. Gündəlik qəzetlər və xəbər agentliklərinin əksəriyyəti açılış mərasimindən videomateriallar və fotosessiyalar yayıb.

Qardaş ölkə KİV-ləri açılış mərasimində iştirak edən nüfuzlu qonaqların çıxışlarından sitatlar gətirərək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avrasiyanın sosial həyatına təsir imkanlarını təhlil edir. Ekspertlər əminliklə bildirirlər ki, sülh və inkişaf layihəsi olan bu dəmir yolu yaxın zamanlarda çoxşaxəli şəkildə onlarla ölkəni özünə cəlb edəcək.

Türkiyənin bütün KİV-ləri Bakı-Tbilisi-Qars layihəsinin açılışını tarixi hadisə kimi dəyərləndirirlər.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi qardaş ölkədə sosial şəbəkələrdə də geniş müzakirə olunur.
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed