Şrift:
Bu gün Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək
01.11.2017 [11:01] - Gündəm, Siyasət
Bu gün Tehran şəhərində Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək.
İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani sammitdə infrastruktur layihələri və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Sammitin yekununda liderlər birgə bəyanatla çıxış edəcəklər. Bəyanatda gələcək əməkdaşlığın əsas istiqamətləri öz əksini tapacaq.
Bu formatda danışıqlar artıq ikinci dəfə keçiriləcək. Liderlər ilk dəfədir prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda bir araya gəlmişdilər.
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed