Şrift:
Azərbaycanda builki pambıq yığımının həcmi 150 min tonu keçib
01.11.2017 [11:06] - Gündəm, İqtisadiyyat
Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 150 948,99 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.
Bu il ölkə üzrə ötən ilə nisbətən 2,7 dəfə çox – 136 413,2 hektar ərazidə çiyid səpilib. Ən çox pambıq Saatlı (17 220 hektar), İmişli (15 641,5 hektar), Sabirabad (15 055 hektar), Biləsuvar (11 351,8 hektar) və Neftçala (11 111 hektar) rayonlarında əkilib.
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed