Şrift:
Ağ atlı maqnat – milyonçu Murtuza Muxtarov və general qızı Liza ... – TARIX
04.06.2012 [11:39] - Mədəniyyət
“XX əsrin əvvəlində Bakının neft milyonçuları” mövzusu ədəbiyyatımızda kifayət qədər geniş işıqlandırılıb. Həmin heyrətamiz şəxsiyyətlərin sırasında, şübhəsiz ki, Hacı Zeynalabdin Tağıyevin adı öndə gəlir – istər xarakterinin bütövlyünə, istər xeyirxahlığına, istərsə də xalqın gələcəyini yalnız və yalnız maariflənmədə görən uzaqgörən baxışlarına görə. Bütün Azərbaycan neftxudaları – eləcə də Tağıyevin özü, Şəmsi Əsədullayev, Musa Nağıyev... çox koloritli şəxsiyyətlər olublar. Onların barəsində əfsanəyə çevrilmiş əhvalatlar indiyədək xalq arasında dolaşmaqdadır. El yaddaşında xatirəsi bu gün də yaşayan bu şəxsiyyətlərin arasında həyat və biznes tarixçəsi bədii film süjetinə çevriləcək qədər maraqlı olan romantik təbiətli maqnat Murtuza Muxtarovun öz yeri var.

“Socar plyus” jurnalının neft milyonçusu Murtuza Muxtarov barədə bu məqaləsini oxucular üçün maraqlı olacağını nəzərə alaraq, təqdim edirik…

Bakılı Edison

Amerikada olduğu kimi, Azərbaycanda da ilk milyonçu neftxudalar ən aşağı sosial təbəqələr arasından çıxıblar. Karyeralarının əvvəlində onlar mədənlərdə fəhlə, usta köməkçisi, yaxud usta olublar. Murtuza Muxtarov da belə bir yol keçib – qara fəhləlikdən neft maqnatlığına aparan həyat yolu.

Murtuza Muxtarov 1865-ci ildə Əmircan kəndində dünyaya gəlib. Onun nəslində hamı arabaçı olub – kəl və ya at arabaları ilə, indi deyildiyi kimi, Bakı-Tbilisi (az qala “Ceyhan” da yazacaqdım) marşrutu üzrə yük daşıyarmışlar. 1880-ci ildə gənc Murtuza qardaşı ilə birlikdə arabalarını sataraq, Balaxanı kəndi yaxınlığındakı mədəndə fəhləliyə başlayır. Bir müddət o zamanki ibtidai quyulardan əl ilə neft yığan fəhlə işləyir. Həmin illərə aid tarixi kadrlar yəqin ki, çoxunuzun xatirindədir – başdan ayağadək neftə bulaşan fəhlələr quyulardan badyalarla “qara qızıl” çıxarırlar. Gənc Murtuza da çörəyini belə əziyyətlə qazanmışdı.

Amma çox keçmədi ki, bu cavan oğlan zirəkliyi ilə mədən sahibinin diqqətini cəlb edir. Onu usta vəzifəsinə irəli çəkirlər. Az sonra isə Muxtarov Zabratda qazma avadanlığı emalatxanası alır. Onun ixtiraçılıq məharəti də elə burada üzə çıxır – Kanada istehsalı olan qazma alətinə etdiyi dəyişiklik həm avadanlığın istehsal qabiliyyətini artırır, həm də istifadə müddətini uzadır. Muxtarovu quyulardakı nasazlıqların təmiri və aradan qaldırılması üzrə əvəzolunmaz usta kimi müxtəlif mədənlərə dəvət etməyə başlayırlar. Gənc Murtuza fitri çevikliyini nəzəri biliklərlə də zənginləşdirir – mühəndislər arasından özünə müəllimlər tutaraq, onların köməyilə sanballı texniki hazırlığa yiyələnir.

1890-cı ildə 25 yaşlı Murtuza Muxtarov özəl qazma kontorunu açır və ən mürəkkəb və dərin quyuların qazılması üzrə sifarişlər almağa başlayır. 1895-ci ildə isə zərbə-ştanq üsulu ilə işləyən modernləşdirilmiş dəzgah yaradır və bu ixtirasına patent alır. O, öz ixtirasını «Bakı qazma sistemi» adlandırır. Muxtarovun dəzgahı o vaxtadək məlum olan bütün qazma dəzgahlarından mükəmməl idi. Başqa ixtiralar da etmişdi.

XIX əsrin sonralarında Murtuza Muxtarov Bibiheybətdə iri qazma avadanlığı zavodu tikir. Bu zavod Rusiyada neft avadanlığı istehsal edən ilk sənaye müəssisəsi idi. O, zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli gözəl bir bina da tikdirmişdi. Yaradılan şərait Bakının ən yaxşı işçi qüvvəsini bura cəlb edirdi. Muxtarovun zavodunda buraxılan avadanlıq və dəzgahlar Rusiya bazarında satılır, xaricə ixrac edilirdi. Muxtarov artıq varlı adam idi.

Romantika

Bu yerdə başqa bir əhvalat başlayır. Muxtarov kontorunun işgüzarəlaqələri geniş idi. O, tez-tez şəxsən Rusiyanın müxtəlif quberniyalarına səfər edir, işgüzar müqavilələr bağlayırdı. Xüsusən Şimali Qafqaz neftsənayeçiləri, Maykop və Qroznıda kımədən sahibləri ilə isti münasibətlər saxlayırdı. Manaf Süleymanov «Eşitdiklərim,oxuduqlarım, gördüklərim» kitabında yazır ki, belə səfərlərinin birində qatar Beslan stansiyasında dayanarkən perronda gəzişən Muxtarov maraqlı birhadisənin şahidi olur. Çərkəzi çuxalıiki leytenant perronda yerə xalça salır,üstündə canamaz açır. Çərkəzi geyimli,nəcib görünüşlü bir general namaz qılmağa başlayır. Murtuza Muxtarov stansiya işçilərindən bu generalın kimolduğunu soruşur və öyrənir ki, o, Vladiqafqazdan olan məşhur knyaz Hambi Tuqanovun özüdür. Onlar tanış olurlar, söhbətləri tutur. General Murtuza Muxtarovu Vladiqafqazdakı evinə qonaq çağırır. Murtuza burada öz gələcək həyat yoldaşı – generalın ortancıl qızı Lizanı görür və ilk baxışdan ona aşiq olur. Qız da ona vurulmuşdu. İndiki zəmanədə, olabilsin ki, sevgi insanların üzərinə məsuliyyət qoymur, amma o zamanlarda məhəbbət həmişə şərəf məsələsi sayılırdı. Hər halda, Qafqazda belə idi.
Manaf Süleymanovun eşidib qələmə aldığına görə, Murtuza Muxtarovun elçilik və toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçib. Nişanda ağ çərkəzi çuxa geyinib ağ Buxara papağı qoymuş, qılınc taxmış 30 igid qız evinə 30 təmtəraqlı xonça gətirmiş, toy isə 7 gün, 7 gecə davam etmişdi. Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş, ağ at minmiş fəxri süvari dəstəsinin müşayiəti ilə aparmışdılar. Onlar Avropaya toy səyahətinə çıxırlar. Qayıtdıqdan sonra xoşbəxtər-arvad bir neçə il Vladiqafqazda yaşayır. Muxtarov öz ailə xoşbəxtliyinə görə osetin torpağına minnətdarlığının ifadəsi kimi 1908-ciildə Vladiqafqazda öz vəsaiti ilə birçox parametrlərinə görə nadir memarlıq nümunəsi olan sünni məscidiinşa etdirir. Bu məscid indi də Şimali Qafqazın ən nəhəng məscidlərindən sayılır.
Ekspertlərin fikrincə, Muxtarovun tikdirdiyi bu məscid içininişlənmə gözəlliyi baxımından Rusiyaərazisində ən zəngin məscidlərdəndir.Osetin tarixçilərinin yazdığı kimi: «… Vladiqafqaz şəhərinin sünni icmasının səlahiyyətli nümayəndələri– general-leytenant İnal Kusov vəİdris Şanayev məscidi tikdirmiş bakılıtacir Murtuza ağa Muxtarova bütün Vladiqafqaz müsəlmanları adındansəmimi minnətdarlıq ifadəsi olaraqməscidi «Muxtarovun Cümə məscidi» adlandırmağa qərar verirlər». Birməqama diqqət yetirin – şiə məzhəbli Muxtarov sünni məscidi tikdirir.Bu, Allahın böyüklüyünə həqiqətəninam gətirməyin və müsəlmanlar, ümumiyyətlə, dindarlar arasındaayrı-seçkilik qoymamağın ən bariz nümunəsidir!

Xoşbəxt ailə

Murtuza Muxtarov gənc xanımıilə Avropada toy səyahətində olarkən Venesiya şəhəri ecazkar memarlığı ilə gözəl Lizanı heyran edir. 1910-cuildə Vladiqafqazdan Bakıya qayıdan Murtuza Muxtarov bunu nəzərə alaraqsevimli arvadı üçün Venesiya üslubunda saray tikdirir. Bu gün də Bakının memarlıq incilərindən sayılanhəmin saray inqilabdan sonrakı ilk illərdə qadın klubuna verilsə də, uzun illərdir ki, «Səadət sarayı» kimi tanınır. Düz deyirlər ki, məhəbbət insanın qəlbindəki ən yaxşı hissləri oyadır. Ailə xoşbəxtliyi Murtuza Muxtarovu böyük xeyriyyə işlərinə ruhlandırır. Bakıda və şəhər kənarında, Rusiya və Avropa şəhərlərində onun vəsaiti hesabına tikilən bir çox binalar bugün də Muxtarovun adını yaşadır. Onun 1910-cu ildə Əmircanda tikdirdiyi məscid indiyədək öz möhtəşəm memarlığı ilə görənləri heyran qoyur. Abşerondakı mayak, Kislovodskvə Florensiya şəhərlərində birsıra binalar da Muxtarovun vəsaitihesabına tikilib. Muxtarov xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak edir, yoxsullara maddi yardım göstərməyə xəsislik etmirdi. Bəxtəvər həyat yoldaşı da Murtuza Muxtarovun xeyirxah əməllərində ərinə kömək edirdi. 1914-cü ildəyaradılan Bakı Qadın Xeyriyyə Cəmiyyətinə Liza xanım Muxtarova başçılıq edirdi. O, eyni zamanda vərəmlə mübarizə üzrə Qafqaz cəmiyyəti Bakı şöbəsinin idarə heyətinin üzvü idi. 1913-cü ildə təşkil edilmiş «Uşaq xəstəxanası» xeyriyyə cəmiyyətinin ən fəal üzvlərindən olan Liza xanım Bakıda məxsusi uşaq müalicəxanasının yaradılmasına dayardım göstərmişdi. Onun maarifçilikvə tərbiyəçilik fəaliyyəti dahageniş idi. Öz övladı olmayan Liza xanım dəbdəbəli sarayında pansion yaratmışdı, yetim və yoxsul ailələrdə böyüyən qızlar burada təlim-tərbiyə alırdılar. «Murtuza Muxtarov» Səhmdar Cəmiyyəti idarə heyətinin üzvü olan Liza xanım «Nicat» BakıMüsəlman Xeyriyyə Cəmiyyətinə də dəstək verirdi. Qala kəndində Murtuza MuxtarovunQadın Müsəlman Xeyriyyə Cəmiyyətinə bağışladığı torpaq sahəsinin (1 desyatin 2200 kv. sajın,təxminən 2,5 hektar) planı cızılmış sənədlər indiyədək qalır. Həmin ərazidə iki yetimxana tikilmişdi. Qarşıdanisə 1920-ci ilin apreli gəlirdi…

Son?

Bakının azərbaycanlılar yaşayan məhəllələrində törətdikləri qətllərdən, qarətlərdən sonra erməni bolşevik dəstələri Muxtarovların evinə çatırlar. Evinin astanasında silahlı qəsbkarlarla qarşılaşan Muxtarov əvvəlcə onlara atəş açır, sonrada tapançanın lüləsini öz alnına dirəyir…Bəs Liza xanımın taleyi necə oldu? Əvvəlcə bolşeviklər onu öz evinin zirzəmisində yaşamağa məcbur edirlər. Sonra isə... Fuad Axundov yazır: «Sara xanım Aşurbəyli danışardıki, o, anası İsmət xanımla birlikd əLiza xanıma baş çəkər, ona azacıqda olsa kömək edərmişlər. Lakin Bakıda qalmaq getdikcə çətinləşirdi. Təhlükədən yaxa qurtarıb mühacirət etmək məqsədi ilə bir türk diplomatı ilə saxta nikah bağlayan Liza xanım İstanbula gedir. Lakin burada da bəxti gətirmir. Yol yoldaşı onu aldadaraq son varidatını da əlindən alır və aradan çıxır». Liza xanım Muxtarovanın sonrakı taleyi barədə çox az məlumatvar. Bircə o məlumdur ki, 1956-cıilədək İstanbulda yaşayıb.

Epiloq

Başqa bir neft maqnatının– Şəmsi Əsədullayevin nəvəsi –Züleyxa Veber-Əsədullayeva öz müsahibələrinin birində demişdi: «Keçmiş Bakı milyonçularından yalnız Muxtarov hörmətə layiqdir. O, kişi kimi yaşadı və kişi kimi də öldü». Belə bir xatirə qoymaqdan ötrü yaşamağa dəyərdi. İnsandan sonra yaşayan xoş xatirə isə heç də kiçik sərvət deyil.

Fatma Muxtarova

XX əsrin birinci yarısında keçmiş SSRİ-nin opera teatrlarının afişalarından Fatma Muxtarovanın adı düşməzdi. Opera rejissoru İ.Keller öz xatirələrində yazır: “İstənilən şəhərdə onun iştirakı ilə afişa görünən kimi tezliklə teatr kassası qarşısında anşlaq löshəsi görünürdü: “Bütün biletlər satılıb”.

Həmin vaxt çox az adam bilirdi ki, müğənniliyə başlayan yetimi inqilaba qədər Muxtarov cütlüyü övladlığıa götürüb və ona öz soyadını verərək, onun gələcək taleyində önəmli rol oynayıb. Murtuza Muxtarov 1913-cü ildən başlayaraq Fatmanın Saratov konservatoriyasında təhsil almasına şərait yaradıb, sonra, 1920-ci ildə baş verən ölümünə qədər ona hər cür yardım göstərib, himayə edib. Nəticədə Fatma Muxtarova şəxsən Fyodor Şalyapinin xeyir-duası ilə opera səhnəsinə qədəm qoyub və bir çox məşhur tamaşalarda solo pariyaları ifa edib. Onun ən yaxşı partiyaları “Xovanşina” operasında Marfa , Karmen, Amneris, “Çar gəlini”ndə Lyubaşa, “Nizami”də Azra, eləcə də Dalila, Marina Mnişek və başqalarıdır.
Bu xəbər oxucular tərəfindən 2818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed