Şrift:
Bağırsaq xərçənginə qısa zaman ərzində diaqnoz qoya bilən proqram hazırlanıb
02.11.2017 [10:28] - Sağlıq
Süni intellekt proqramı vasitəsilə bağırsaq xərçənginə bir saniyədən də az müddətdə diaqnoz qoyula biləcək.

Yaponiyanın Yokohama Universitetinin alimlərinin təkmilləşdirdiyi kompüter proqramı potensial olaraq təhlükəli endoskopik təsvirə malik şişləri aşkarlaya bilir.

Alimlər 250 qadın və kişidə 306 kolorektal polipi dəyərləndirmək üçün istifadə etdikləri proqramın təsvirləri araşdırmaq və hansı polipin bədxassəli olduğuna qərar vermək zamanının bir saniyədən də qısa sürdüyünü qeyd ediblər.

Proqramın xərçəng toxumalarını 94 faiz düzgün təsbit etdiyi bildirilib və o, İspaniyada keçirilən Birləşmiş Avropa Qastroenterologiya həftəsində təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed