Şrift:
Sona Vəliyevanın yeni kitabı çap olundu
02.11.2017 [10:56] - Kitab evi
Filologiya üzrə fəlsəfə doktoru, şair Sona Vəliyevanın "Ruhun yaddaşı” adlı yeni kitabı çap olunub.
Kitab yeddi bölmədən -"Elm”, "Ədəbiyyat”, "Hüseyn Cavid”, "Sənət”, "Kitab", "Mətbuat tarixi və media”, "Portret”, "Rəy”, "Müsahibələr” - ibarətdir.
"Zərdabi” nəşriyyatında çap olunan kitabda Sona Vəliyevanın elm, mədəniyyət, ədəbiyyat, media tarixi və görkəmli ziyalılarımız haqqında fərqli dünyagörüşünü, düşüncə tərzini ehtiva edən esseləri, məqalələri, araşdırma yazıları toplanmışdır.

Sona Vəliyevanın yeni kitabı çap olundu

Müsahibələrinin də yer aldığı nəşrdə Sona Vəliyevanın keçdiyi həyat yolu, sənət və ədəbiyyata münasibəti, mediamızın inkişafındakı uğur izləri ilə tanış ola bilərsiniz.
"Ruhun yaddaşı” müəllifin, yaradıcılığına, düşüncələrinə, həyat meyarlarına bələd olmaq istəyənlər üçün müstəsna əhəmiyyətə malikdir.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed