Şrift:
GMAC sədri Prof.Səbri Təbrizinin iranın Azərbaycana qarşı təxribatlarına münasibəti
04.06.2012 [12:49] - Müsahibə
Dünya Azərbaycanlıları Konqresinin fəxri və Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sədri, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizidir.



- Səbri bəy, son günlər İranın antiazərbaycan siyasətini necə şərh edərsiniz?

- İran birinci dəfə deyil ki, Azərbaycana qarşı belə münasibət ortaya qoyur. Bu gözlənilən və sistemli bir siyasətin tərkib hissəsidir.
İran rejimi bütün çıxışlarında millətimizi təhqir edir. Görün rejim nə qədər iyrəncləşib ki, millətimizi müxtəlif həşəratlara, heyvanlara oxşadır və öz təsir dairəsində olan media vasitəsilə millətimizi gülüş obkeytinə (mövzusuna) çevirməyə çalışılırlar. Bu rejimin türk millətinə qarşı olan münasibətini tam və eybəcər şəkildə ortaya qoyur.
İndi durub Avroviziya yarışmasından öz məqsədləri üçün istifadə edib, ara qarışdırmaqla məşğuldurlar.
Əslində, Azərbaycan müstəqil olandan üzü bəri İran bunu qısqanclıqla qarşılayıb. Yəni, burada yeni heç bir şey yoxdur. İran əvvəllər Azərbaycana necə münasibət bəsləyibsə, bu gün də eyni münasibəti sərt şəkildə ortaya qoymaqdadır. İran özünü müsəlman dövlət kimi dünyaya bəyan etməsi blefdir, yalançılıq və populizm üzərində qurulan siyasətdir.
Bundan sonra da İran rejimi Azərbaycan dövlətçiliyinə heç bir təsir göstərə bilməyəcək və Azərbaycan dövlətçiliyi güclü dayaqlar üzərində qurulub.
Dünya Azərbaycanlılarının bir ağsaqqalı olaraq bəyan edirəm ki, rejim tərəfdən Azərbaycana qarşı gələ biləcək bütün təhlükələri birgə dəf birgə edəcəyik. Dünya Azərbaycanlıları Azərbaycan dövlətçiliyi ətrafında birləşiblər. Hələ ümummilli liderimiz, mərhum Heydər Əliyevlə görüşkən mənə söylədi ki, dünyanın bütün yerlərində yaşayan azərbaycanlılarla əlaqələr qur və onlara üzə çıxmasında, təşkilatlanmasında kömək et. Mən də həmin gündən bu işlə məşğulam. Çox sevinirəm ki, cənab prezident İlham Əliyev bu siyasəti uğurlu davam etdirir. Bu işdə onunla birgə Heydər Əliyev fondunun rəhbəri Mehriban Əliyeva uğurlu addımlar atmaqdadır. Qeyd etdiyimiz amillər İran rejimini narahat edir və ölkəmizə qarşı zəhər ideologiyasını yaymağa çalışır. Məsələnin əsas mahiyyətində bu durur.

- Ümumiyyətlə, bu gün İran rejiminin işğalçı Ermənistanı birbaşa və dolayı yolla dəstəkləməsi Azərbaycanla bağlı ola bilərmi?

- Tamamilə doğrudur. Başqa cür ola da bilməz. Çünki, rejim Azərbaycanın dövlətçiliyindən bərk narahatdir. Bu gün və gələcəkdə də İran rejimi Ermənistanı bütün məsələlərdə dəstəkləyəcək. Qarabağ müharibəsi başlayarkən İran bizim yox, Ermənistanı dəstəklədi. İndi həmin siyasət davam etməkdədir. Üstəlik, hər iki dövlətin Güney Azərbaycan amili narahat edir. Ermənistan Güney Azərbaycanın müstəqil və azad bir dövlətə çevrilməsi qorxusu ilə yaşayır.
Azərbaycanın inkişafı İranı bərk narahat edir. İran bu günə qədər Azərbaycandan etdikləri əməllərə görə üzr istəməlidir.

- Sizcə, İran rejimi etdiklərinə görə, Azərbaycan xalqında üzr istəyəcək?

- Rejimin başqa yolu yoxdur. İran Güney Azərbaycana böyük zərbə vurub. Bilərəkdən Urmu gölünü qurudur və bunun ekoloji fəlakəti həm Güney Azərbaycana, həm də Quzey Azərbaycana vuracaq. Baxın, insanlar buna etirazlarını bildirirlər, rejim isə insanları həbs edir,onları işgənəcələrə məruz qoyur. Mən bu yolda həbs edilən milli fəalları balalarım hesab edirəm və onları İran həbsxanalarında işgənəcələr verilməsi ürəyimi ağrıdır.
Sizə bir acı xatirəmə danışmaq istəyirəm: 6 yaşımda fars dilində ayaqyolu sözünü deyə bilmədiyim üçün, müəlliməm məni döydü. Fars şovinizminin mahiyyət budur.

Biz fars şovinizminin mahiyyətini və onun millətimizə qarşı hansı siyasət sərgilədiyini necə illərdir ki,görürük və buna sərt etirazımızı bildiririk. Azad və müstəqil yaşamaq bizlərin tarixi haqdır.

- Bəs milli hərəkatın fəaliyyət istiqaməti haqqında nə deyə bilərsiniz?

- Mən Güney Azərbaycan Milli Hərəkatına nikbin baxıram. Güney Azərbaycan gec-tez azadlığını əldə edəcək. Buna heç kimin şübhəsiz olmasın. İran rejimi milli fəalları həbs edir və onlara müxtəlif yollarla işgəncələr verməsinə baxmayaraq, hərəkatın qarşısını ala bilmir.
Niyə də Güney Azərbaycan azadlığını əldə etməsin. Neftimiz-qazımız və s. hər şeyimiz var. Tam müstəqil şəkildə yaşamağa haqqımız və gücümüz var. Amma, öz dilimizdə yazıb, oxumağa icazə vermirlər. Heç müqəddəs kitabımız olan Qurani Kərimdə də insanlara əzab vermək, onların mənəvi haqlarını istismar etmək günah sayılır.

- Bu gün beynəlxalq qurumlar Güney Azərbaycanda yaşanan hadisələr haqqında məlumatlıdırlarmı?

- Bəli. Dəfələrlə beynəxlalq təşkilatların rəsmiləri görüşlərdə olarkən onlara Güneydə yaşanan problemlərlə məlumatlandırmışam. Millət vəkilləri bu problemləri deyərkən inan ki, onlar göz yaşlarını saxlaya bilmirdilər. Onlar bu gün bu fikirdədirlər ki, İran yaşayan azərbaycan türkləri öz ana dillərində yazıb, oxumalıdırlar. Hesab edirəm ki, dünyada baş verən geosiyasi dəyişikliklər fonunda ((zəminində) Güney Azərbaycan diqqət daha da artacaq.



Söhbətləşdi: Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed