Şrift:
Kataloniya hökumətinin keçmiş üzvləri məhkəmədə ifadə vermək üçün Madridə gediblər
02.11.2017 [15:33] - Siyasət
İspaniyanın Kataloniya Muxtar Əyaləti hökumətinin keçmiş üzvləri ifadə vermək üçün Madridə gediblər.
Onlar Milli Məhkəmə Kollegiyasının binasında olublar.
Həmin məhkəmədə Kataloniyanın İspaniyadan ayırlması üçün keçirilən "referendum" və muxtariyyətin müstəqilliyini elan etməsi məsələsi araşdırılır.
Məhkəməyə gedənlərdən biri Kataloniya hökuməti başçısının müavini Oriol Junkerasdır.
Məlumata görə, əyalət hökumətinin başçısı Karles Puçdemon və onun hökumətinin keçmiş 13 üzvünə ifadə vermək üçün məhkəməyə gəlmələri barədə bildiriş göndərilib. Hökumtin keçmiş üzvlərinin çoxu məhkəməyə getmək qərarına gəlib.
Karles Puçdemon isə 4 tərəfdarı ilə birlikdə hazırda Belçikadadır.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed