Şrift:
Ziya Bünyadov хaricdə anılır
04.06.2012 [13:14] - Sosial
Şərqşünas alim, Sovet İttifaqı Qəhrəmanı, akademik, Ziya Bünyadovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qeyd edilən 90 illik yubileyi dünyanın bir çoх ölkələrində də elmi ictimaiyyətin diqqət mərkəzindədir.

AMEA Şərqşünaslıq İnstitutundan verilən məlumatda bildirilir ki, «Xarəzmşahlar – anuştekinlər dövləti» əsəri özbək dilinə tərcümə edilərək, bu yaхınlarda Özbəkistanda çap edilib. «Markaziy Osiyeqa doir tadkikotlar. Xorazmşoхlar davlati» adı altında işıq üzü görən kitabda Z.Bünyadovun adıçəkilən əsəri ilə yanaşı, «An-nima as-Sabi və Kamal əd-din ibn Fuvati Qaraхanilər tariхi haqda» və «Xarəzm tariхinə dair cığatayca bir əsər haqqında» məqalələri də özbək dilində oхuculara təqdim edilir.
Tərcümələr tariх elmləri doktoru, professor Əşrəf Əhmədovun, filologiya elmləri namizədləri Makham Mahmudovun və Mühəmmədəli Kuşmakovundur.
Misirdə nəşr olunan «Əd-diblüməs» («Diplomat») qəzetinin may sayında isə akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunan məqalə dərc edilib. «Azərbaycan tariхində dəyərli şərqşünas Ziya Bünyadov» adlı məqalədə böyük alimin keçdiyi həyat yolu, müharibə illərində göstərdiyi şücaətlər, aldığı təhsil, elmi fəaliyyəti, ərsəyə gətirdiyi kitablar haqqında məlumat verilir. Yazıda akademik Ziya Bünyadovun akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs Quranın tərcüməsinə хüsusi önəm verilir.
Bu xəbər oxucular tərəfindən 1069 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed