Şrift:
Dünyanın ən nazik mühafizəli smartfonu təqdim olunub
03.11.2017 [10:23] - Gündəm
“E&L” şirkəti çəkisi 175 qram, korpusunun qalınlığı 9,5 millimetr olan mühafizəli “S70” smartfonunu təqdim edib.

"IP68” standartı üzrə mühafizə olunan və “MIL-STD-810G” spesifikasiyalarına uyğun “E&L S70” smartfonu suyun 1,5 metr dərinliyində yarım saat qalır, 1,5 metr hündürlükdən düşməyə davamlıdır, eləcə də yüksək rütubətli və temperaturlu havada ekstremal şəraitdə işi dəstəkləyir.

Smartfonun multimedia imkanları sırasında 13 meqapikselli qoşa kamera və 8 meqapikselli ön kamera yer alıb. Qurğunun arxa panelində barmaq izi skaneri quraşdırılıb. Əməliyyat sistemi kimi ən yeni “Android 7.0 Nougat” versiyasından istifadə olunub.

Satışına noyabrda başlanacaq “E&L S70” smartfonunun qiyməti 250 dollar təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed