Şrift:
Güneyli milli fəal xanım Əfsanə Toqirin saxlanma müddəti uzadılıb
04.06.2012 [13:17] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı öyrənci fəal, xanım Əfsanə Toqirin saxlanma müddədi 2 həftə müddətinə uzadılıb.Xanım Toqir Mayın 21-də (xordadın 1-də) kütləvi etirazların keçirildiyi gün tutuqlanıb. Onun saxlanma müddətinin uzadılmasına dair qərarı, dosyenin müstəntiqi qəbul verib. Bu qərar xanım Toqirin ailəsi və milli-mədəni fəalların xüsusi nigaranlığına səbəb olub.Qeyd edək ki, xanım Toqirin tutuqlanması universitetdə imtahanların başlanmasına təsadüf etdiyi üçün, onun təhsil məsələsində ciddi problemlər yarada bilər.Bu arada Milli-mədəni fəallar adını çəkdiyimiz azərbaycanlı öyrənci fəala yeni afişa (puster) həsr ediblər:
Güneyli milli fəal xanım Əfsanə Toqirin saxlanma müddəti uzadılıb
Bu xəbər oxucular tərəfindən 1319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed