Şrift:
Fransa Yeni Kaledoniyanın müstəqillik referendumu keçirməsinə razılıq verib
04.11.2017 [11:29] - Gündəm, Siyasət
Fransa hökuməti Yeni Kaledoniyanın öz müqəddəratını təyinetmə referendumunu keçirməsinə razılıq verib.
Bunu Fransanın baş naziri Eduard Filipp “BFMTV” televiziyasına müsahibəsində bildirib.
Hökumət başçısı deyib ki, referendumun keçirilməsinə siyasi baxımdan razılıq veriblər.
Referendumun dəqiq tarixi təyin edilməsə də, bunun 2018-ci ildə keçirilməyəcəyi artıq məlumdur.
Referendum 1998-ci ildə Sakit okeandakı adaların müstəmləkədən azad olunaraq, müstəqillik əldə edilməsi üçün keçirilən ümumxalq səsverməsinin nəticələrinə uyğun olaraq gerçəkləşəcək.
Qeyd edək ki, Yeni Kaledoniya Sakit okeanın cənub-qərb hissəsində eyniadlı adada yerləşir. Mərkəzi şəhəri Numeadır. 2016-cı ilin siyahıya alınmasına görə əhalisinin sayı 275 min 355 nəfərdir. Onlar əsasən melaneziy (2014-cü ilin məlumatın əsasən 39,1 faiz) və fransızlardan (27,2 faiz) ibarətdir. Ərazisi 18 min 575 kvadrat kilometrdir.
Əhalinin 60 faiz katolik, 30 faizi protestant, 4 faizi isə sünni müsəlmandır.
Nikel və dəmir hasilatı, əlvan metalurgiya, balıqçılıq sənayesi inkişaf edib. Xrom, kobalt, marqanz, qızıl, gümüş, qurğuşun, mis mədəni var.
Adanı 1774-cü ildə Ceyms Kuk kəşf edib. Ona əcdadlarının şərəfinə Şotlandiyanın qədim adını - Kaledoniyanı verib. Yeni Kaledoniya Fransanın xüsusi statuslu inzibati ərazisidir.
Bu ada ölkəsi 1988-ci ildə müstəqil olmaq istəyib, ancaq Fransa onun bu tələbinə mənfi cavab verib. 2013-cü ildə də yerli parlament müstəqillik bağlı yeni iclas keçirmək istəyib. Amma bu baş tutmayıb.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed