Şrift:
Bakı-Sumqayıt yolunda tıxaclara SƏBƏB nədir…
04.11.2017 [11:46] - Gündəm, Sosial
Demək olar ki, hər gün Bakı-Sumqayıt yolunda tıxac yaranır və bu, mənzil başına tələsən vətəndaşlarda ciddi narazılığa səbəb olur. Bakı-Sumqayıt yolunda təxaclara səbəb nədir?


Nəqliyyat məsələləri üzrə mütəxəssis Əlşad Hüseynov bildirib ki, bunun əsas səbəbi Binəqədi şossesində gedən təmir işləri ilə əlaqədardır. Onun sözlərinə görə bu səbəbə görə 2 aydır dözülməz tıxac problemi yaranıb:

“ Bakı-Sumqayıt yolunda tıxacın əsas səbəbi həm də Xırdalan dairəsidir. Xırdalan dairəsində yenidənqurma işləri aparmaq lazımdır. Həmin ərazidə 4, bəzən 5 zolaq 2 zolağa çevrilir. Körpünün aşağısını və tuneli genişləndirmək lazımdır”.

Əlşad Hüseynovun sözlərinə görə, bu işlər külli miqdarda investisiya və vaxt tələb edir. Müsahibimiz deyir ki, şəhər istiqamətində ən böyük problem Avtovağzalın qarşısında yaranır:

“Avtovağzalın qarşısında genişlənmə aparmaq üçün məkan demək olar ki,yoxdu. Avtovağzalın qarşısında divarlar var ki, uçurumdur. Problemin həlli elə planlaşdırılmalıdır ki, sürücülər geniş zolaqlardan ensiz zolaqlara keçərkən bir-birinə mane olmasınlar. Problemin həlli əsasən bu istiqamətdə aparılmalıdır”.

Onun sözlərinə görə, təcili olaraq Binəqədi şossesində təmir işləri başa çatsa Bakı-Sumqayıt şossesinin vəziyyəti nisbətən düzələr.

“Gələcəkdə Biləcəri qəsəbəsindən 9-cu mikrorayona birbaşa çıxan yolun salınması da yaxşı nəticə verər. Bu, Bakı-Sumqayıt yolunun vəziyyətini daha da yaxşılaşdıracaq”.

Əbülfəz Kərimov
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed