Şrift:
Mərəndin "Ağ Zəmi" məktəbinin divarları yenidən yazıldı: “Türk oğlu…”
04.11.2017 [12:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Əyaləti Mərənd şəhərinin “Ağ Zəmi” məntəqəsində yerləşən Səduqi məktəbinin divarları rejimin irqçi siyasətlərinə qarşı etiraz səhnəsinə çevrilib.

Hökumət orqanları azərbaycanlı gənclər tərəfindən məktəb divarları üzərinə yazılmış milli şüarları ikinci dəfə olaraq silməyə məcbur olublar. Şüarlar üzərinə rəng səpilərək görünməz hala salınıb.

Təhsil ocaqlarının açılışı ərəfəsində məktəb məsulları tərəfindən türkcə yazılmış “Xoş gəlmisiniz” sözü qısa müddət sonra divar üzərindən silinərək farsca “Xoş amədid” sözü ilə əvəzlənib. Bundan sonra azərbaycanlı fəallar farsca yazılmış cümləni silib yerinə “Türk dilində mədrəsə” şüarı yazıblar. Hökumət orqanları türkcə şüar görünməsin deyə üzərinə rəng səpdirərək “Xoş amədid” sözünü yenidən yazdırıblar. Fəallar rejimin bu əməlinə etiraz olaraq bu dəfə məktəb divarına “Türk oğlu” sözü yazıblar.

Bu görüntü rejimin əlaltısı tərəfindən “Türk oğlu” şüarının üzərinə rəng səpildiyi vaxta aiddir.

Son günlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində divarlar üzərində bir çox şüara rast gəlinir. Gənclər ən çox ana dilində təhsil, azərbaycanlı siyasi məhbusların azadlığa buraxılması və Urmu gölü böhranı haqda şüarlar yazırlar.

Mövzu ilə bağlı "Mərənddə “Ağ Zəmi” məktəbinin divarlarına milli şüarlar yazılıb – VİDEO" xəbərini oxuya bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed