Şrift:
Yumurta bahalaşdı - Video
06.11.2017 [10:26] - Sosial
Kənd yumurtasının qiyməti artıb. Bölgələrdə bir müddət əvvəl 15 qəpiyə qədər ucuzlaşan kənd yumurtası bu günlərdə 2 dəfəyədək bahalaşıb. Satıcılar yumurtanın qiymətinin ötən illə müqayisədə bu il daha çox artdığını bildiriblər.
Ötən il bu vaxtlarda kənd yumurtası 20 qəpiyə satılıb.

Qiymətin artması alıcılıq qabiliyyətinə də təsir edib.

Satıcılar bildirirlər ki, yumurtanın bahalaşmasına səbəb ev quşları üçün olan yemlərin qiymətinin artmasıdır.

Fabrik yumurtasında isə qiymət artımı müşahidə edilmir. Hazırda bu yumurta 12 qəpiyə satılır.

Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed