Şrift:
Türkiyədə 2500 illik tapıntı: Qadın, uşaq və tısbağalar...
06.11.2017 [10:31] - Gündəm
Türkiyənin Diyarbəkir əyalətinin Bismil mahalında aparılan qazıntılar zamanı arxeoloqlar qadın və uşağın 17 tısbağa ilə birlikdə dəfn edildiyi 2500 illik məzar aşkar ediblər.

Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Arxeoloqlar 45-55 yaşlı qadın və 6 yaşlı uşağın dəfn olunduğu məzarda Dəclə çayı hövzəsində yaşayan növə aid 17 tısbağanın olmasına təəccübləniblər.

Yumşaq qabıqları və təcavüzkar davranışları ilə fərqlənən tısbağalar qədim dövrlərdə yemək üçün istifadə olunub, ancaq hələ də həmin heyvanların məzara hansı məqsədlə qoyulması barədə dəqiq fikir söyləmək mümkün olmayıb.

Versiyalardan birinə görə, üzərində heç bir zorakılıq izləri olmayan cəsədlərin yanına tısbağalar hədiyyə olaraq qoyulub. Digər bir versiyaya görə isə qədim dövrdə tısbağalar bu dünyadan sonrakı həyata bələdçi sayıldığı üçün insanlarla birlikdə dəfn olunub.
Bu xəbər oxucular tərəfindən 442 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed