Şrift:
Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçiriləcək
07.11.2017 [11:07] - Gündəm, Bildiriş
Noyabrın 8-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçirəcək.

Təhsil Nazirliyindən bildiriblər ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasıdır.

Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edəcəklər.

Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN Könüllüləri” Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə #9noyabr həştəq kampaniyası davam edir.

Sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda, azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir.

Kampaniya sosial şəbəkələr üzərindən həyata keçirilir. Sosial şəbəkədə istifadəçilər #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşım etməklə (foto, video, bloq və s.) vətənpərvərlik hisslərinin və milli tariximizin təbliğinə töhfə vermiş olurlar.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed