Şrift:
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirində iştirak edirlər
07.11.2017 [16:09] - Hərb
Çexiyanın Praqa şəhərində kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi tədbiri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri tədbirdə iştirak edirlər.
Toplantı noyabrın 9-dək davam edəcək.
Bundan başqa, bu gündən noyabrın 10-dək İsveçin Kunqsangen şəhərində Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu və noyabrın 7-dən dekabrın 4-dək Pakistanın Kəraçi şəhərində Hidroqrafiya və Okeanoqrafiya kursu keçirilir.
Bu tədbirlərdə də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed