Şrift:
“Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik tədbirlərinə start verilib
07.11.2017 [16:10] - Hərb
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat dəstəsi 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ərəfəsində Silahlı Qüvvələrdə “Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik həftəsinə start verərək ön cəbhədə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
Tədbirdə şəxsi heyətə Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzi olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verilərək bayrağın yenidən yüksəldilməsi üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib.
Qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar şəxsi heyətə nümayiş etdirilərək onlar haqqında geniş məlumat verilib.
Hərbi qulluqçularla keçirilən görüşlərdə nizam-intizamın, hərbi biliklərin, peşəkarlığın vacibliyi vurğulanıb, mənəvi-psixoloji hazırlığın artırılması məqsədilə söhbətlər aparılıb, “Vətən Uğrunda” Səyyar Təbliğat dəstəsinin avtoklub maşını vasitəsilə hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.
Vətənə xidməti ilə seçilən bir qrup nümunəvi hərbi qulluqçunun Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib.
Bayraq gününə həsr olunmuş hərbi vətənpərvərlik həftəsi davam edir.
“Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik tədbirlərinə start verilib
“Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik tədbirlərinə start verilib
“Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik tədbirlərinə start verilib
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed