Şrift:
YAP-çı deputat: “Niyə neft pulunu biri sağa, biri sola xərcləməlidir…”
07.11.2017 [16:13] - Gündəm, Siyasət
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiymətinin daha az götürülməsi məqsədəuyğundur. Bunu 2018-ci ilin büdcə layihəsinin Milli Məclisin komitələrindəki müzakirəsi zamanı parlamentin İctimai brliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. O deyib ki, neftdən gələn pul Dövlət Neft Fonduna yığılmalıdır.

"Neftin qiymətini büdcədə niyə artırırıq? İqtisadiyyat Nazirliyi və Kənd Təəsrrüfatı Nairliyindən də deyirlər ki, inkişaf var. Bu sahədə gəlirlər varsa, neftin qiymətini büdcədə niyə artrırıq? Əksinə, aşağı salmaqla o sahələri daha çox inkişaf etdirə bilərik. Bilmirik ki, Putinlə Tramp, İranla Tramp arasında siyasi münasibətlər necə olacaq və neftin qiyməti necə dəyişəcək. Neftin qiyməti siyasətlə bağlıdır”.

Komitə sədri bildirib ki, büdcədə neftin qiymətini 25-30 dollar/barel müəyyən edə bilərlər.


“Həmin vəsait Dövlət Neft Fonduna yığılar və lazım olanda sərf edərik. Əgər keçən il, bir il əvvəli götürsək, görərik ki, həmin vaxt yeni sahələr axtarmağa başladıq, kənd təsərrüfatının inkişaf zəruriliyi ortaya çıxdı, hazırda da yüksək templə işlər gedirsə, neftdən pul yığılan kimi niyə onu büdcəyə yönəltməliyik?! Bunu da biri sağa, bir sola xərcləsin".
Bu xəbər oxucular tərəfindən 552 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed