Şrift:
Üçqat Avropa çempionu olmuş Azərbaycan şahmatçıları Vətənə dönüb
08.11.2017 [10:28] - İdman
Üçqat Avropa çempionu olmuş Azərbaycan şahmatçıları Vətənə dönüb.
Çempionları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, ictimaiyyət və KİV nümayəndələri, həmçinin onların yaxın qohumları qarşılayıblar.
Azərbaycan yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında sonuncu turda Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan edilib. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.
Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed