Şrift:
Azərbaycanlı rəssamın əsəri Fransada incəsənət sərgisində birinci yer tutub
10.11.2017 [10:34] - Mədəniyyət
Parisin yaxınlığında yerləşən Bulon-Biyankur şəhərində "Beaux-Arts" Cəmiyyətinin payız sərgisində azərbaycanı rəssam Məryəm Ələkbərlinin əsəri mükafata layiq görülüb.
Məryəm Ələkbərlinin "Rosemarie çimərliyi" adlı əsəri sergidə yer alan rəsm əsərləri içərisində ən yaxşı əl işi elan edilib.
Azərbaycanlı rəssam bu əsərini qeyri-standart ölçüdə (250/180) böyük ustalıqla ərsəyə gətirib. O, möcüzə dolu təbiət mənzərəsini kətan üzərinə canlı rənglərin improvizasiyası ilə, yüksək peşəkarlıqla köçürüb.
Təbiət mövzusuna həsr edilmiş sərgidə 60-a yaxın rəssam, heykəltəraş və fotoqrafın təbiətin ən ağlasığmaz möcuzələrini əks etdirən əsərləri nümayiş edilir. Sərgi noyabrın 22-dək davam edəcək.
Qeyd edək ki, "Beaux-Arts" Cəmiyyətinin əsası Fransanın tanınmış rəssam və heykəltaraşı, Parisdə ucaldılan bir sıra bürünc heykəllərin müəllifi Marsel Loyu tərəfindən 1934-cü ildə qoyulub.
Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed