Şrift:
Gülsel Səfərova: “Ancaq biz avropalı ilə Avropa dilində danışmalıyıq”
05.06.2012 [13:43] - Gənclik
Azərbaycan diasporu inkişaf mərhələsinə qədəm qoyub

Müsahibimiz Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovadır.

-Gülsel xanım, bu gün diaspora quruculuğu sahəsində həyata keçirilən siyasəti necə qiymətləndirirsiniz?

-Azərbaycan diaspora işinin quruculuğu, ümumiyyətlə azərbaycançılıq ideyologiyası adı altında dünya azərbaycanlılarının həmrəylik və lobbiçilik işləri son iki ildə tamamilə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanlı gənclərin qurultayının keçirilməsi, dünya azərbaycanlılarının birliyinin yaradılması, eyni zamanda Azərbaycan gənclər təşkilatlarının yerli və xarici, beynəlxalq səviyyədə tədbirləri həyata keçirməsi artıq onu göstərir ki, Azərbaycan diasporasında yeni mərhələ

başlanıb. Azərbaycan diasporu öz quruculuq işini bitirib inkişaf mərhələsinə qədəm qoyub. Əvvəla onu deyim ki, diaspora işi 15 ildir ki başlanıb. Ancaq həm gənclər təşkilatlarının artması, xaricdə yaşayan azərbaycanlılarının bu sahədə aktivliyi və Azərbaycan dövlətinin birbaşa bu sahəyə öz töhfəsini verməsi bir növ 3-lük olaraq mühüm bir modul ortaya çıxarır. Bu modul ondan ibarətdir ki, ölkə rəhbərliyi azərbaycanlı gənclərin səfərbər olmasında və beynəlxalq ictimaiyyətdə layiqli yer tutmasında xüsusi əhəmiyyət kəsb edən layihələrə imza atır. Bundan başqa xaricdə yaşayan azərbaycanlı vətəndaşların modernləşməsi, səfərbər edilməsi istiqamətində təşkilatlanma işi aparır. 3-cü tərəf ondan ibarətdir ki, Azərbaycanın təşkilatları, xüsusən gənclər təşkilatları diaspora işində xüsusi fəallıq göstərirlər. Mən o qənaətdəyəm ki, növbəti illər ərzində artıq Azərbaycanın ədalətli və haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işi bitəcək və artıq konkret icra mexanizmləri olacaqdır. Yəni, bu gün biz çalışırıq ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraq və onlara göstərək ki, bu Azərbaycan reallığında nələr baş verir. İndi bizlər Dağlıq Qarabağ münaqişəsini, 1 mln qaçqının olduğunu, eyni zamanda Azərbaycanın qonşuluq siyasətini dünyaya çatdırırıq. Mən inanıram ki, bütün bu işlər yaxın vaxtlarda başa çatacaq və Azərbaycanın mövqeyi əməkdaş ölkələrdə öz nəticəsini verəcək.

-AGAT olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində nə kimi addımlar atırsınız?

-AGAT yarandığı gündən əsas məqsədi qərb, universal dəyərlərin Azərbaycanda daha da aşılanması, həmçinin Azərbaycan gəncliyinin Avropaya inteqrasiya prosesində aktivliyinin təmin olunmasıdır. Təbii ki, burda milli mənəvi qorunmaq bizim əsas prioritetimizdir. Digər prioritetimiz Avropada Azərbaycan gəncliyinin portretini yaratmaq, lobbiçilik aparmaqdır. Biz düşünürük ki, Azərbaycan gəncliyinin potensialı və intellektualı kifayət qədərdir. Məhz bu baxımdan biz Avropanın bir sıra təşkilatları ilə yaxından əməkdaşlıq edirik. Buna bariz nümunə kimi AMSEDİ göstərə bilərik. Bu təşkilat Avropa dəyərlərini yayan təşkilatdır. Sözügedən təşkilat ətrafında nəinki Avropa təşkilatlarını, eyni zamanda Şimali Afrika ölkələrində olan təşkilatları da öz ətrafında birləşdirir. Qafqazda isə bu təşkilatın yeganə üzvü Azərbaycandır. Azərbaycandan isə AGAT bu qurumda təmsil olunur. Biz bu təşkilatda təmsil olunandan bu yana demək olar ki, bədhaq qonşularımızı blok şəbəkədən uzaqlaşdırmağa çalışmışıq. Eyni zamanda da mən özüm bu şəbəkənin tam hüquqlu təlimçisiyəm. Təşkilatımız da tam hüquqlu üzvdür. Bu təşkilat özü Fransada yerləşir. 2010-cu ildə bizim Fransız şəbəkəsi ilə bir yerdə Şəki şəhərində 10 günlük seminarımız oldu. Bu həm Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı idi, həm də Avropa Azərbaycan QHT-ləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi idi. 2011-ci ildə də Strasburqda və Paris şəhərində bir neçə dəfə tədbirlərdə olmuşuq. Bu tədbilərdə sosial-iqri, siyasi diskriminasiya mövzusunda tədbirlərdə iştirak etdik. Azərbaycanda bu sahədə olan mövcud vəziyyətlə bağlı öz məlumatlarımızı çatdırdıq. Gələn il üçün isə şəbəkə ilə böyük bir festivala hazırlaşırıq. Bu festival daha çox mədəniyyətlərarası töhfə verəcək. Festivalın əhəmiyyəti ondan ibarətdir ki, burada 14 ölkədən nümayəndələr olacaq. Bizim süarımız ondan ibarətdir ki, “Diskraminisiyaya yox”. Bundan da başqa iyunun 20-də QHT-lərə Dövlət Dəstəyi Şurasının birbaşa dəstəyi ilə Parisdə Ecole Militare sarayında əsas hədəf qrupu fransızlar olmaqla “Azərbaycanın Avropaya İnteqrasiyası: perspektivlər və çağırışlar” mövzusunda böyük bir konfrans həyata keçirəcəyik. Burada əsas iş lobbiçilik işidir. Konfransda dəvət etdiyimiz qonaqlar arasında həm gənc politoloqlar, həm elm adamları, həm tələbələr, həm də müxtəlif sahələrdə çalışan Fransa vətəndaşları olacaqdır. Əsas məqsəd odur ki, Azərbaycanın Avropa ilə əməkdaşlıq perspektivləri, Azərbaycanın Avropanın bir parçası olmaqla bərabər nəinki enerji təhlükəsizliyi, eyni zamanda Azərbaycanın siyasi təhlükəsizlik məsələlərini ortaya qoyaq. Siyasi təhlükəsizlik məsələləri dedikdə Avropaya inteqrasiya prosesində bir tıxac rolunu oynayaq. Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturuq. 4 məruzəçi olacaq. Hər məruzəçinin spesifik mövzusu var. Konfransın özü interaktiv olacaq. Biz Fransa vətəndaşlarına imkan yaradacağıq ki, onlar mövzu üzrə suallarını versinlər və ya hər hansı şərhlərini bildirsinlər. Bu bizim Fransa vətəndaşlarına hədəf olunmuş ilk tədbirimizdir. Nəticə yaxşı olacaqsa biz bunu mütəmadi olaraq həyata keçirmək niyyətindəyik. Onu da qeyd edim ki, konfransın keçirilməsinə dəstək Fransız Azərbaycan Assosiasiyası və Azərbaycanın Fransadakı səfirliyidir.

-Erməni lobbisinin sizin fəaliyyətinizə nə kimi təsiri var?

-Biz Avropada beynəlxalq tədbirlərdə olduqda erməniləri təşkilatlarla qarşılaşırıq. Azərbaycanlala bağlı, sosial, iqtisadi, , siyasi məsələlərlə bağlı müzakirələrimiz olur. Bizim olduğumuz tədbirdə Azərbaycan reallığı ilə bağlı danışdıqda bir neçə dəfə olub ki, erməni tərəfindən böyük bir aqressiya ilə rastlaşmışıq. Hətta elə bir aqressiya ki, onlar daha sonra müxtəlif Avropa institutlarına bizim təşkilatıdan şikayət ediblər. Ancaq bu şikayətlərin heç bir əsası olmayıb. Çünki, biz aqressivlik göstərməyərək sadəcə öz fikirlərimizi söyləyib onlardan aqressivlik görmüşük. Bu istiqamətdə onlar çox işləyi bacarırlar. Ancaq onu qeyd edim ki, bizim üzv olduğumuz Fransız şəbəkəsinin tədbirlərində ilk əvvəllər iştirak etdikdə Cənibi Qafqazı Ermənistan təmsil edirdi. Ancaq uzun müddətli işləmələrimizdən sonra onlar artıq bizi qəbul elədilər. Biz müvəffəq olduq ki, erməni təşkilatları bu şəbəkədən uzaqlaşdıraq. Biz orda olduğumuz təqdirdə bu belə də olacaq. Çünki, artıq Fransa şəbəkəsinin rəhbərliyi özü də həm ermənilərin aqressiv, ikili standart nümayiş etdirdiklərinin şahidi olmuşlar. Ona görə də, biz hər zaman Avropada erməni təşkilatları, erməni lobbisi ilə qarşılaşan tərəfik. Ancaq haqq-ədalət bizim tərəfimizdədir. Biz gənclik olaraq bu haqqı bu ədaləti dünyaya düzgün şəkildə çatdırmalıyıq. Burda bir məsələ var. Təbii ki, Ermənistanın bizə etdiyi mənfi hərəkəti hamı danışır. Ancaq biz Avropalı ilə avropa dilində danışmalıyıq. Biz fransızla fransız, italyanla italyan dilində danışmağı öyrənməliyik. Biz öz çağırışlarımızı onların dilində çatdırmalıyıq. İndi hər kəs sülhə can çatır. Avropalıların bir çoxu üçün Dağlıq Qarabağ münaqişəsi elə də ciddi əhəmiyyət kəsb eləmir. Belə olan halda biz onlarla onların anlaya biləcəyi dildə danışmalıyıq. Baxın, Dağlıq Qarabağ münaqişəsi zamanı 600-dən çox mədəniyyət abidəsi dağıdılıb. Azıx mağarası nə haldadır, bunu heç kəs bilmir. Onun qorunması ilə bağlı heç bir iş görülmür. Bir çox arxeoloqlar, tarixçilər Azıx mağarasına istinad ediblər. Ancaq belə ki, son illər Azıx mağarası neytral bir zonadadır. O, neytral zonakı hımin ərazi separatçı qüvvələrin əlindədir. Həmin separatçı qüvvələr o ərazilərdə nə iş görür, bunu heç kəs bilmir. Bu nəinki avropalını, heç beynəlxalq təşkilatları da maraqlandırmır. Biz bu tərəfdən çıxış etməliyik ki, məhz avropalının marağında o olsun ki, ondan da Qarabağ ərazisində qaldığını dərk etsin. Belə olarsa həmin avropalı haqq-ədalətin bərqərar olmasında bir başa maraqlı olacaq. Təşkilatlarla da bu cür əməkdaşlıq edilməlidir.

"Olaylar" qəzeti
Bu xəbər oxucular tərəfindən 1210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed