Şrift:
Ermənistanın təcridini dərinləşdirəcək növbəti layihə gəlir
10.11.2017 [13:06] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Şimal-Cənub” dəhlizi layihəsinin işə düşməsilə Ermənistan müttəfiqsizləşir”

Fəzail İbrahimli: “Bütün bunlar Ermənistanın çökməsinə gətirib çıxaracaq”

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində gedən hazırlıqlar Ermənistanda ciddi narahıtlıqlara yol açıb. Qeyd edək ki, Ermənistanın strateji müttəfiqləri olan Rusiya və İranın da ciddi marağında olan “Şimal-Cənub” nəqliyyat dəhlizi Avropa ilə Yaxın Şərq arasında mühüm qovşaq olacaq. Ermənistan isə işğalçılıq siyasətini davam etdirdiyindən, bu layihədən də kənarda qalıb.


Onu da vurğulayaq ki, bu günlərdə işə düşən Bakı-Tiflis-Qars dəmir yolu da İrəvanda ciddi təşviş və narahatlıq yaradıb. Çünki sözügedən layihələrin həyata keçməsilə işğalçı ölkənin təcridolunması prosesi daha da dərinləşir. “Şimal-Cənub” dəhlizinin istifadəyə verilməsi ilə Ermənistanın təcridinin daha da dərinləşməsini gözləmək olar.

Milli Məclisin deputatı Fərəc Quliyevin fikrincə, sözügedən nəqliyyat dəhlizinin və bundan əvvəl reallaşan layihələrin işə düşməsilə Ermənistan müttəfiqlərini itirmək təhlükəsilə üz-üzə qaldığından ciddi narahatlıq keçirməyə başlayıb: “Ermənistanın narahatlığını başa düşmək olar. Doğrudan-doğruya narahat olmağa dəyər.
Ermənistan bölgəmizdə həyata keçirilən və dünyanın diqqət mərkəzində olan bir neçə layihədən kənarda qalıb. Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, təbii ki, bu layihələrdə iştirak edə və böyük qazanclar əldə edə bilərdi. Ona görə də Ermənistan əhalisi həm onları uçuruma aparan hakimiyyətlərini dəyişmək barədə düşünməli, həm də ciddi şəkildə hökumətlərindən işğalçı ordularını işğal etdikləri Azərbaycanın bütün ərazilərindən çıxartmalarını tələb etməlidir. Bu baş verərsə, İrəvan da bölgədə reallaşan layihələrə qoşula bilər. İndilikdə isə Ermənistan tutduğu aqressiv, təcavüzkar siyasətilə sözügedən layihələrdən kənarda qalmaqla faktiki olaraq, özünə çox böyük ağır zərbə vurub.
Həmçinin, bu layihələrin reallaşması müttəfiqləri baxımından da əhəmiyyətli dərəcədə Ermənistanın əleyhinə işləyən faktordur. Çünki “Şimal-Cənub” dəhlizi məsələsinin gündəmə gəlməsilə faktiki olaraq, Ermənistanın yanında olan və ona dəstək verən Rusiya ilə İran demək olar ki, iqtisadi baxımdan cinahı dəyişmək məcburiyyətindədir. Klassik bir deyim var, dövlətimin mənafeyi, başqa mənafelərdən üstündür. Ona görə də Azərbaycanın atdığı bu addımlar, ölkəmizin mərkəzi yer tutduğu həmin layihələr dövlətimizin dost və müttəfiqlərinin artmasına xidmət edib və edir. Əvəzində, Ermənistanın müttəfiqsizləşməsinə gətirib çıxarır. Ermənistan hökumətinin yanlış siyasətindən erməni xalqı zərər çəkir.
“Şimal-Qənub” nəqliyyat dəhlizində Rusiya və İran da işritak edir, amma gördüyünüz kimi, Ermənistan yoxdur. Bu fonda Ermənistanın yeganə çıxış yolu köklü şəkildə siyasətlərini dəyişməsindən keçir. Ərazilərimizdən dərhal çıxmalı, kompensasiya ödəməli və yalnız bundan sonra İrəvanın layihələrdə iştiraka buraxılması məsələsi barədə danışmaq olar. Mövcud siyasətilə isə Ermənistanın iqtisadi və siyasi cəhətdən itkiləri daha da artacaq, bundan sonra da böyük təzyiq və təcridolunmaya məruz qalacaq”.


Milli Məclisin deputatı Fəzail İbrahimli bildirdi ki, işğalçılıq siyasəti yürütməsilə Ermənistan bölgədə reallaşan nəhəng layihələrdən kənarda qalıb ki, indi buna görə də narahat olurlar: “Ermənistan özünün aqressiv siyasəti nəticəsində bütün transmilli layihələrdən kənarda qalıb. Onun qonşuları ilə münasibətləri qaydasında deyil. Türkiyə ilə sərhədi bağlanıb, Azərbaycanla müharibə vəziyyətindədirlər. Təbii ki, bütün bunlar Ermənistanın çökməsinə aparıb çıxarır.
Sadəcə olaraq, İrəvanın arxasında dayanan böyük dövlət Ermənistanı öz istəklərini regionda reallaşdıra bilməsi naminə saxlayır. Biologiya elmində buna öz-özünü şikəst etmə deyirlər. Ermənistan iddiaları ilə, başqa dövlətlərin ərazilərini işğal etməklə öz-özünü şikəst edib. “Haqq nazilər, üzülməz”. Azərbaycan öz haqqına çatacaq”.
Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed