Şrift:
Mustafa Kamal Atatürkün xatirəsi Astanada anılıb
11.11.2017 [11:12] - Türk dünyası-Turan
Astanada L.N.Qumilyov adına Avrasiya Milli Universitetində Yunus Əmrə Mədəniyyət Mərkəzi tərəfindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım tədbiri keçirilib.

Tədbir iştirakçıları Atatürkün abidəsi önünə əklil qoyublar.

Mərasim çərçivəsində Mustafa Kamal Atatürkün həyat və yaradıcılığından bəhs edən 40–dan çox foto sərgilənib, şeirlər söylənilib. Tədbirdə Türkiyə, Qazaxıstan, Azərbaycan səfirliklərinin nümayəndələri, dövlət rəsmiləri, Beynəlxalq Türk Akademiyasının əməkdaşları, professor və tələbələr iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed