Şrift:
Saakaşvilinin oğlu Ukraynada saxlanıldı
11.11.2017 [11:26] - Gündəm, Siyasət
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu saxlanılıb. Mixail Saakaşvilinin feysbuk hesabında yazdığı məlumata görə, oğlu Kiyev aeroportunda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Onun sözlərinə görə, 11 yaşlı oğlu onu mühafizə edən Gürcüstan Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə birgə saxlanılıb.

Sabiq qubernator bildirib ki, məsələni araşdırmaq üçün Borispol Hava Limanına gedir.

Qeyd edək ki, bir neçə gün əvvəl Mixail Saakaşvili Ukraynada leqal yaşamaq üçün rəsmi sənəd almışdı.
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed