Şrift:
İranda zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb, 1600-dən çox adam xəsarət alıb
13.11.2017 [10:05] - Güney Azərbaycan xəbərləri, Hadisə
İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb.
Kirmanşah şəhərinin Səhiyyə idarəsinin məlumatına görə, dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb.
Eyni zamanda, 1600-dən çox adamın xəsarət aldığı bildirilir.

04:15
Noyabrın 12-də İran və İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfəri, yaralıların sayı isə min nəfəri ötüb.
Bu barədə yerli xilasetmə xidmətlərinin məlumatında qeyd olunur.
Böhran Mərkəzinin məlumatına görə, təbii fəlakət nəticəsində əsas zərbə İranın qərbində yerləşən Kermanşah və İlam əyalətlərinə dəyib.
İran prezidenti Həsən Ruhani zəlzələ nəticəsində bütün zərərçəkənlərə lazımi yardımın göstərilməsi barədə göstəriş verib. Hadisə yerində Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin yerli bürosunun əməkdaşları işləyir.
Qeyd olunur ki, əsas yeraltı təkanlardan sonra 3,6-dan 4,7 maqnitudaya qədər daha 12 təkrar təkan baş verib.
Zəlzələ nəticəsində həmçinin İraqda 1 nəfərin öldüyü və 100-ə yaxın insanın yaralandığı bildirilir.
Yeraltı təkanlar Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında da hiss olunub.
Bu xəbər oxucular tərəfindən 554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed