Şrift:
Kiyevdə Saakaşvilinin rəhbərliyi altında yürüş keçirilib
13.11.2017 [10:27] - Siyasət
Kiyevdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin çağırışı ilə "Qəzəblilərin yürüşü" baş tutub.
700 nəfərə yaxın şəxs Mixaylovski meydanına toplaşaraq Ali Rada qarşısında yerləşən Konstitusiya meydanına doğru hərəkət edib.
Yürüş iştirakçılarının əsas tələbi ölkə prezidenti və Antikorrupsiya Məhkəməsinin impiçmenti haqqında qanunun qəbul olunmasıdır.
"Yeni qüvvələr hərəkatı"nın nümayəndəsi İvan Slobodyanık Mixaylovski meydanına məhsul yarmarkasının təşkil olunmasını təxribat adlandırıb. Buna baxmayaraq dəstə bir araya gəlib və marşrut üzrə hərəkət edib.
Yürüş iştirakçılarına müxalifət nümayəndələri başçılıq edib, Saakaşvilinin özü isə aksiyaya həyat yoldaşı və oğlu ilə gəlib.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed