Şrift:
Mosulda baş verən partlayış nəticəsində 4 nəfər ölüb
13.11.2017 [10:31] - Türk dünyası-Turan
İraqın Mosul şəhərində baş verən iki partlayış nəticəsində 4 nəfər ölüb.
Hadisə zamanı daha 3 mülki şəxs yaralanıb.
Partlayışların İŞİD terror qruplaşmasının üzvləri tərəfindən törədildiyi bildirilir. Hadisələrin baş verdiyi yerlərə hüquq-mühafizə orqanları və təcili yardım əməkdaşları cəlb olunub.
İraq ordusu nümayəndələrinin sözlərinə görə, Mosulun qərbində içərisində partlamamış raket və partlayıcıların olduğu avtomobil aşkar edilib.
Bu xəbər oxucular tərəfindən 11 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed