Şrift:
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Ordusu iyunun 5-i saat 18.00-dan iyunun 6-sı səhər saat 08.00-dək bütün cəbhə boyu atəşkəsi pozub
06.06.2012 [10:31] - Xəbərlər, Hərb
Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Azərbaycan Müdafiə NAzirliyindən verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri iyunun 5-də saat 18.00-dan iyunun 6-sı səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozub.
Atışmalar intensiv xarakter daşımasına baxmayaraq, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed