Şrift:
Bakı sakinlərinə yeni xəbər: İstiliyi də sayğacla verəcəklər - DƏQİQ VAXT
13.11.2017 [11:49] - Sosial
Azərbaycanda isti su ödənişləri sayğac göstərişinə əsasən yığıla bilər.

"Azəristiliktəchizat" ASC Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin verdiyi məlumata görə, bunun üçün qurum tərəfindən podratçı şirkətlərlə danışıqlar aparılır:

“Kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsinin monitorinqinin hesabatında da göstərildiyi kimi, sayğaclar ilkin olaraq büdcə təşkilatlarında tətbiq ediləcək. Pilot layihə olaraq büdcə təşkilatlarına ilk sayğacların növbəti ildən quraşdırılmasına başlanılacaq. Növbəti mərhələlərdə isə bütün istifadəçilərin sayğacla təmin edilməsi planlaşdırlır”.

R.Əliyev bildirib ki, sayğac sistemi işə düşdükdən sonra ödənişləri vaxtında etməyən abonentlərin istiliklə təminatı avtomatik dayandırılacaq:

“Amma bu sistemin işə düşməsi ən azı 3 il vaxt tələb edir. Bunun üçün Mənzil Müştərək Cəmiyyətləri formalaşdırılmalı və müqavilə əsasında ümumi binaya bir sayğac qoyulmalıdır. Bütün bunlar bir neçə ayın işi deyil”.

Qurum rəsmisi qeyd edib ki, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, Bakı şəhərində noyabrın 15-dən başlayacaq.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed